Mikro, kiçik və orta biznes (MKOB) Azərbaycan iqtisadiyyatında ümumi əlavə dəyərin təxminən 15%-ni təmin edir və iş yerlərinin 50%-ni yaradır. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) yaxın illərdə MKOB-un rəqabət qabiliyyətini artırmağa, “yaşıl” maliyyələşdirmə sahəsində təşəbbüsləri genişləndirməyə və qadın sahibkarlara dəstək verməyə fokuslanacaq.
İnnovasiyaları tətbiq edən şirkətlər Azərbaycanın növbəti iqtisadi artım mərhələsinin əsas hərəkətverici qüvvəsi olacaq. Bu transformasiyanın əsas amili rəqəmsallaşmadır. “Texnologiyalar MKOB üçün oyunun qaydalarını kökündən dəyişir, yeni imkanlar yaradır, effektivliyi artırır, bazarlara çıxışı genişləndirir və iri şirkətlərlə bərabər şərtlər yaradır”, – deyə AYİB-in Azərbaycandakı rəhbəri Natali Mouravidze bildirib.
Ətraflı məlumat – https://surl.li/prqmmc