Home 9 Без категорії 9 Naxçıvan – dövlət necə ərazilərin inkişafına dəstək verir

Naxçıvan – dövlət necə ərazilərin inkişafına dəstək verir

İyun 19, 2023

“Ərazilərin inkişafına – iqtisadiyyat, investisiya, sosial komponentinə dövlət dəstəyi xarici investisiyaların qorunmasına zəmanət verir və riskləri azaldır ki, bu da xarici investorlar üçün çox vacibdir. “Ərazilərin inkişafına, sənaye və aqrar-sənaye klasterlərinin formalaşmasına kompleksli yanaşma da layihələrin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edərkən əlavə üstünlükdür”, – hesab edir “ТЕРЕЗИ” UABA-nın prezidenti Cəlal Hüseynov .

UABA-nın rəhbərinin sözlərinə görə, uğurlu keyslər Ukraynanın sonrakı bərpası məsələlərini öyrənilməsi üçün çox aktualdır. O, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının (NMR) inkişafına dair dövlət proqramını misal gətirir.

Azərbaycan Prezidenti İlham Əliyev özündə 11 prioritet istiqaməti əks etdirən “NMR-nın 2023-2027-ci illər üçün sosial-iqtisadi inkişafı Dövlət Proqramını təsdiq edib.

Dövlət proqramı ilə aşağıdakılar planlaşdırılıb:

– Naxçıvanda azad iqtisadi zonanın yaradılması;

– xarici investorların cəlb edilməsinə yardım;

– bank və sığorta xidmətlərinin çeşidinin genişləndirilməsi;

– 2023-2027-ci illərdə malların gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi;

– dəmir yolu infrastrukturunun və qaz kəmərləri şəbəkəsinin inkişafı.

Həmçinin, eyni müddət ərzində NMR-nın ərazisində xüsusi gömrük zonasının yaradılması; məhsulların xarici bazarlara çıxarılmasına maddi-texniki dəstəyin təmin edilməsi; sənaye parkının yaradılması; Şərurda sənaye məhəlləsinin fəaliyyətə başlamasının təmin edilməsi; aqrar sektorda müxtəlif istiqamətlərin inkişafı və aqroparkların yaradılması nəzərdə tutulur.

Proqramda turizm infrastrukturunun inkişaf etdirilməsi, hava nəqliyyatına aşağı büdcəli daşıyıcıların cəlb edilməsi, ixracın təşkili üçün yeni elektrik stansiyalarının və elektrik ötürücü sistemlərin tikintisi, internet şəbəkəsinin inkişafı, təhsil və səhiyyə sahəsində özəl müəssisələrin yaradılmasının təşviq edilməsi də plamlaşdırılır. Proqram haqqında ətraflı http://surl.li/hugrt