Azərbaycanın Milli Depozit Mərkəzi (MDM) üzvü olan investisiya şirkətləri müştəriləri üçün uzaqdan depo hesabları aça biləcəklər. MDM depo hesablarını API (Application Programming Interface) vasitəsilə açmaq üçün yeni arxitektura formalaşdırıb. Bu infrastrukturla təmin olunmuş MDM-in üzvü olan investisiya şirkətlərində tələb olunan sahələr doldurulduqdan sonra avtomatik olaraq depo hesabları yaradılacaq.
Yeni arxitektura investorlar üçün əlverişli şərait yaradaraq kapital bazarının inkişafına töhfə verəcək. Depo hesablarının açılması tez və asan olacaq, bu da səmərəli investisiya fəaliyyətinə imkan verəcək”.
İnvestorlara dəstək haqqında ətraflı məlumat http://surl.li/egltuk