“Naftoqaz” şirkəti SOCAR Energy Ukraine ilə ilk qaz alqı-satqısı müqaviləsini imzalayıb. Bu barədə İdarə Heyətinin sədri Serhiy Koretsky məlumat verib. Hələlik söhbət az miqdarda test tədarükündən gedir, lakin Koretskinin sözlərinə görə, bu, Azərbaycanla uzunmüddətli əməkdaşlıq və enerji təchizatının şaxələndirilməsi baxımından strateji addımdır.
Qaz Transbalkan dəhlizi ilə — Bolqarıstan–Rumıniya–Ukrayna marşrutu üzrə çatdırılacaq. İyun ayının əvvəlində SOCAR Almaniyanın dövlət şirkəti SEFE ilə illik 1,5 milyard kubmetr qaz tədarükünə dair çoxillik müqavilə imzalayıb. 2024-cü ildə Azərbaycan Avropaya 12,9 milyard kubmetr qaz ixrac edib.
Mənbə: https://surl.lu/bbtbgy