Home 9 Без категорії 9 “ТЕРЕЗИ” UABA və “Volia Agri-food Park Vinnytsia” arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

“ТЕРЕЗИ” UABA və “Volia Agri-food Park Vinnytsia” arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Dekabr 21, 2023

Hörmətli “ТЕРЕЗИ” UABA-nın üzvləri,

Bu çətin ilin sonunda sizin üçün yaxşı və ruhlandırıcı xəbərimiz var – müasir aqro-ərzaq bazarının güclü oyunçusu olan “Volia Agri-food Park Vinnytsia” Assosiasiyamıza qoşuldu.

“ТЕРЕЗИ” UABA və “Volia Agri-food Park Vinnytsia” arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

UABA-nın prezidenti Cəlal Hüseynov qeyd etdiyi kimi, “Volia Agri-food Park Vinnytsia” təkcə sənaye, logistika klasterlərindən və çoxfunksiyalı biznes mərkəzindən ibarət ərzaq sənayesi şirkətlərin yarləşdirilməsi üçün müasir, enerjiyə qənaət edən və ekoloji infrastruktur deyil. Bu, həmçinin “Volia Food Valley” ekosisteminin əsas elementlərindən biridir, hansının ki məqsədi iştirakçılar arasında məlumat və bilik mübadiləsi, innovasiyaların və qabaqcıl texnologiyaların tətbiqi sayəsində Ukraynanın aqro və ərzaq sənayesinin transformasiyası və inkişafı, ideyaların yaradılması və işlənməsi üçün R&D platformalarının yaradılması və s. inarətdir.

“İştirakçılara xatırlatmaq istərdim ki, sənaye parklarının təşviqi və investisiyaların cəlb edilməsi ilə bağlı qanunvericilik normalarına uyğun olaraq, “Volia Agri-food Park Vinnytsia” rezidentləri idxal rüsumu, ƏDV, habelə gəlir və daşınmaz əmlakdan vergi ödəməyindən azad edilir, bu isə əhəmiyyətli rəqabət üstünlüyü yaradır”, – deyə “ТЕРЕЗИ” UABA-nın prezidenti vurğulayır.

“Məqsədimiz “Volia Agri-food Park Vinnytsia” ərazisində Ukrayna və beynəlxalq ərzaq məhsulları şirkətlərinin istehsalı üçün ideal şərait yaratmaqdır” – dedi “Volia Agri-food Park Vinnytsia”-nın əməliyyat direktoru Dmıtro Skoroxod. Ona görə də UABA ilə birgə beynəlxalq əməkdaşlığın qurulması bizim üçün aktualdır. Ərzaq məhsulları istehsalçılarını, logistika şirkətlərini, ofis və otel daşınmaz əmlak operatorlarını, maliyyə təşkilatlarını və investorları səmərəli tərəfdaşlığa dəvət edirik”.

“ТЕРЕЗИ” UABA yeni üzvünü salamlayır! Biz səmərəli iş və əməkdaşlıq planlaşdırırıq.