“TƏRƏZİ” UABA-nın prezidenti Cəlal Hüseynov “Ukrayna metal qırıntıları bazarı: hərbi vəziyyətin problemləri” 11-ci Beynəlxalq elmi-texniki konfransda iştirak edib. Bu sahədə ən aktual problemlər hansılardır və Azərbaycanla əməkdaşlıq perspektivləri nədən ibarətdir?
– Ukrayna metal qırıntıları bazarının hazırkı vəziyyəti necədir?
Cəlal Hüseynov: Ukraynada metal qırıntılarının alışının həcmi rusiyanın təcavüzü nəticəsində prokat istehsalının azalması səbəbindən azalıb. Bundan əlavə, metallurqların metal qırıntılarına təklif etdiyi daxili qiymətin enməsi metal qırıntıları alıcıları üçün ixrac rüsumunun azaldılması məsələsini daha da aktuallaşdırır.
– Bu, sahənin, xüsusən də Azərbaycan bazarının ixrac imkanlarına necə təsir edir? Mümkün ixracdan daxili bazar uduzmayacaqmı?
Cəlal Hüseynov: Qanuna görə, metal qırıntılarının ixrac rüsumu ÜTT ölkələri üçün 180 avro təşkil edir ki, bu da Azərbaycana metal qırıntılarının tədarükünü məhdudlaşdırır və mümkünsüz edir. Azərbaycan metallurqlarının tələbatını nəzərə alsaq, bu, ukraynalı metallurqlar üçün metal qırıntıları qıtlığı ilə nəticələnmir, əksinə, strateji tərəfdaş olan Ukrayna ilə Azərbaycan arasında ticarətin inkişafına və dövriyyənin artmasına xidmət edir.
Qeyd edərəm ki, Azərbaycanın ölkəmizə göstərdiyi siyasi və humanitar dəstək xüsusilə tərəfdaşlığın etibarlılığını və vaxtında olduğunu nümayiş etdirir.
– Yəni, gələcəkdə metal qırıntıları sahəsi müəyyən itkilərlə üzləşə bilər?
Cəlal Hüseynov: Ukraynada metal qırıntıları alıcıları hazırda bu sahəyə investisiyalar üçün dövriyyə vəsaitlərinin azalması ilə üzləşirlər.
Və bu hal gələcəkdə ümumilikdə Ukraynada mövcud özəl metal qırıntılarının toplanması meydançaların bağlanmasına və ölkəni idxal metal qırıntılarından asılı vəziyyətə sala bilər.
Xüsusən bəzi meydançaların artıq işğal altında olduğunu və metal qırıntıları toplamaq qabiliyyətinin olmadığını nəzərə alsaq, vəziyyətin belə gedişatı metal qırıntısı sənayesinə ciddi ziyan vuracaq.
“UAVtormet assosiasiyasına” bizi “Ukrayna metal qırıntıları bazarı: hərbi vəziyyətin problemləri” XI Beynəlxalq Elmi-Texniki Konfransına dəvət etdiyinə və tədbirdə metal qırıntıları alamlar və metallurqlar arasında konstruktiv müzakirə aparmaq imkanına görə təşəkkür edirik. Ümid edirik ki, konsensus əldə ediləcək və Ukraynanın metallurqları öz uzaqgörənliyini nümayiş etdirəcək.