2024-cü ildə Ukraynanın ixrac etdiyi məhsulların ümumi dəyəri 42 milyard ABŞ dollarına çatıb ki, bu da 2023-cü illə müqayisədə 15% çoxdur.
Limanlarda naviqasiyanın bərpası sayəsində ixrac həcminə görə lider məhsullar bunlar olub:
- dəmir filizi – 33,6 milyon ton (+89%), pul ifadəsində – 2,8 milyard ABŞ dolları;
- kabel məhsulları – 60% artım ilə 1,27 milyard ABŞ dolları;
- qarğıdalı – 29 milyon ton (+12,3%), 5,07 milyard ABŞ dolları;
- quş əti – 448,4 min ton (+5,6%), 961 milyon ABŞ dolları.
Ukraynanın Avropa İttifaqına ixracatı 6%-ə yaxın artaraq 25 milyard ABŞ dollarına çatıb. İxrac həcminə görə ilk üçlükdə olan ölkələr:
- Polşa – 4,7 milyard ABŞ dolları;
- İspaniya – 2,8 milyard ABŞ dolları;
- Almaniya – 2,8 milyard ABŞ dolları;
- Niderland – 1,98 milyard ABŞ dolları;
- İtaliya – 1,93 milyard ABŞ dolları.
Eyni zamanda, Ukraynaya idxal da artaraq 69 milyard ABŞ dollarına (+9%) çatıb:
- neft məhsulları – 6,8 milyard ABŞ dolları;
- elektrik enerjisi – 669 milyon ABŞ dolları (+333%);
- akkumulyatorlar – 950 milyon ABŞ dolları (+103%);
- transformatorlar – 596 milyon ABŞ dolları (+108%);
- PUA-lar (pilotsuz uçuş aparatları) – 1,2 milyard ABŞ dolları (+77%).
İdxal-ixrac statistikasının daha ətraflı məlumatı üçün http://surl.li/qjrtln