Ukrayna və Azərbaycan 2024-cü il üçün beynəlxalq yük daşımaları üçün icazə kvotasını razılaşdırıblar. Müvafiq saziş Ukraynanın İcma, Ərazi və İnfrastruktur İnkişafı Nazirliyi ilə Azərbaycanın Yerüstü Nəqliyyatı Agentliyi arasında imzalanıb.
Ukrayna və Azərbaycan 2024-cü il üçün aşağıdakılar barədə razılığa gəliblər:
- tərəflərin hər biri üçün universal icazələrin sayının 88% artması;
- tranzit daşımalar üçün ayrıca icazələrin mübadiləsinin mümkünlüyü;
- avtomobil nəqliyyatı ilə sərnişinlərin qeyri-müntəzəm daşınmasına icazələrin verilməsi.
Daşıyıcılar üçün kvota hər tərəf üçün 11,5 min icazə səviyyəsində təsdiqlənir. Kvotalar təyinatı üzrə aşağıdakı kimi paylanır:
- 6 min ədəd – universal,
- 5 min ədəd –tranzit,
- 500 ədəd – üçüncü ölkələrdən malların daşınması,
- 50 ədəd – sərnişin daşınması üçün universal icazə.
Ətraflı məlumat http://surl.li/izojp