Home 9 Без категорії 9 UKRAYNA-AZƏRBAYCAN: LOGİSTİKA BİZNESİNİN YENİ PERSPEKTİVLƏRİ

UKRAYNA-AZƏRBAYCAN: LOGİSTİKA BİZNESİNİN YENİ PERSPEKTİVLƏRİ

“ТЕРЕЗИ” Ukrayna-Azərbaycan biznes assosiasiyası ilə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb (@agtl.az)1234

Sənəddə logistika məsələlərində assosiasiyaların sıx əməkdaşlığını, bu məsələ ilə bağlı üzvlərinə peşəkar məsləhətlərin verilməsini , logistika biznesinin inkişafı üçün investisiyaların cəlb edilməsinə dəstək verilməsini və s. nəzərdə tutulur. 

Bu gün Azərbaycanda Orta Dəhliz, Bakı dəniz limanı və hava limanının inkişafı üçün irimiqyaslı layihələr həyata keçirilir. Bu layihələr çərçivəsində yüklərin daşınmasında peşəkar xidmətlər göstərəcək müasir logistika komplekslərinin tikintisi üçün yerli və xarici investisiyalar cəlb edilir.  

“Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası ilə birgə memorandumun imzalanması ölkələrimiz üçün tranzit marşrutlarının inkişafı və gömrük şərtləri haqqında məlumatlandırma üçün yeni imkanları açır. Orta və Ukrayna dəhlizlərinin potensialını nəzərə alaraq, biz iştirakçı şirkətlər arasında iqtisadi əlaqələrin gücləndirilməsi və Ukrayna ilə Azərbaycan arasında ticarətin həcminin artırılması üçün güclü perspektivlər görürük. Bu addım investisiyaları stimullaşdırır və regionda ölkələrimizin biznesinin genişlənməsinə töhfə verir”, – əmindir “ТЕРЕЗИ” UABA-nın prezidenti Cəlal Hüseynov.