Home 9 Без категорії 9 UKRAYNA BANKLARININ GƏLİRİ 19% ARTIB

UKRAYNA BANKLARININ GƏLİRİ 19% ARTIB

İyun 19, 2024

2024-cü ildə Ukrayna banklarının gəliri 40,5 milyard qrivna artıb. Mənfəət vergisinin 18%-dən 25%-ə qaldırılmasına baxmayaraq, banklar 2023-cü illə müqayisədə 19% çox qazanıb. 

Ukraynada 63 bank fəaliyyət göstərir. Onlardan 6-sı dövlət, 14-ü xarici kapital, 43-ü isə özəl kapitallıdır. İlk 10 bank birinci rübdə 34,22 milyard qrivna və ya ölkədəki bütün bankların cəmi mənfəətinin 84%-ni qazanıb. Gəlir reytinqinə görə, ilk beş bank aşağıdakılardır:

  • PrivatBank – 34,2%;
  • Oschadbank – 12%;
  • Raiffeisen Bank – 6,2%;
  • Ukreximbank – 6,1%;
  • FUIB – 5,3%; 

5 dövlət bankı cəmi mənfəətin 60%-nı təşkil edir – təxminən 24,28 milyard qrivna. Xarici kapitallı banklar arasında lider 2023-cü ilin eyni dövrü ilə müqayisədə 23% çox qazanan Raiffeisen Bank olaraq qalır. Ümumilikdə, xarici banklar 10,2 milyard qrivna qazanıblar ki, bu da cəmi gəlirin dörddə birini təşkil edir. Mənfəətinə görə xarici kapitallı ilk 3 bank:

  • Raiffeisen Bank – 24,8%;
  • Credit Agricole Bank – 19,8%.
  • Ukrsibbank – 16,7%;

FUIB rüb üzr 2,13 milyard qrivna (+38%) mənfəəti ilə özəl kapitallı banklar qrupunun lideri olaraq qalır. 

Ətraflı məlumat http://surl.li/tsneo