Home 9 Без категорії 9 UKRAYNA: BÖYÜK ÖZƏLƏŞDİRİLMƏYƏ START VERİLİR

UKRAYNA: BÖYÜK ÖZƏLƏŞDİRİLMƏYƏ START VERİLİR

Sentyabr 4, 2023

2023-cü ilin yanvar-iyul aylarında Ukrayna büdcəsinə 2,1 milyard qrivna (57,5 mln. ABŞ dolları) kiçik özəlləşdirmə obyektlərinin satışından daxil olub. Müharibə dövründə kiçik miqyaslı özəlləşdirmənin bərpası sahibkarlara biznesi xilas etməyə və tez bir zamanda relokasiya üçün yer tapmağa imkan verdi. Özəlləşdirmənin əsas iştirakçısı kiçik biznesdir.

Bir il ərzində 400-ə yaxın sahibkar dövlətdən brownfield-aktivlərini alıb. Satılmış aktivlərin 76%-i inzibati və sənaye daşınmaz əmlak obyektləridir: ofis, anbar, mağaza, emalatxana və texniki xidmət stansiyaları. Obyektlərdən 73%-nin qiyməti 1 milyon qrivnaya qədərdir. (27,3 min ABŞ dolları)

Qeyd edək ki, 2022-ci ilin sentyabrında özəlləşdirmənin bərpasından bəri üç qərb vilayətlərində (Lvov, Zakarpatye və Volın) Ukrayna Dövlət Əmlak Fondunun (UDƏF) aktivlərinin kiçik özəlləşdirilməsindən əldə olunan gəlir 946 milyon qrivna təşkil edib ( 25,8 milyon ABŞ dolları), bu isə cəmi gəlirin 25%-ni təşkil edir.

Əgər biznesin başqa regionda fəaliyyətini davam etdirmək üçün dövlət əmlakını almağa pulu yoxdursa, o, başqa variant – dövlət əmlakını icarəyə götürməkdən istifadə edə bilər. Dövlət Əmlak Fondu relokasiya ehtiyacları üçün 147 icarə müqaviləsi imzalayıb. Relokasiya ediləcək binaların cəmi sahəsi 32,8 min kvadratmetrdir.

Növbəti addım – qiyməti 250 milyon qrivnadan (6,8 milyon ABŞ dolları) çox olan dövlət aktivlərinin satışından genişmiqyaslı özəlləşdirmənin bərpasıdır. Verxovna Rada müvafiq qanunu artıq qəbul edib, prezident də onu imzalayıb. İndi UDƏF fəal şəkildə ilk hərraclara hazırlaşır. Odessa Liman Zavodu, “Tsentrenerqo” zavodu və “Birləşmiş Mədən və Kimya Şirkəti” üçün yeni sahiblər axtaracaqlar .

Rusiyalı oliqarxlardan ələ keçirilən aktivlər aktiv şəkildə özəlləşdirməyə hazırlanır. Avqustun 24-də UDƏF idarə olunan 107 sanksiya altında olan aktivi qəbul edib. Ocean Plaza ticarət mərkəzi , Demurinski MZK , İnvestaqro və digərləri də daxil olmaqla 300-dən çox aktivin sahiminin dəyişməsi gözlənilir. Ətraflı məlumat – http://surl.li/kpulp

Hökumət Ukraynanı Avropanın yeni sənaye mərkəzinə çevirmək, investorlara yeni və asan investisiya ideyaları təklif etmək vəzifəsini qoyur. UDƏF ukraynalı və xarici ekspertlərlə birlikdə belə investisiya layihələrinin yaradılması üzərində işləyir. Bir sıra prioritetlər müəyyən edilmişdir:

  • dövlət holdinq şirkəti formatında Suveren Fondun yaradılması. Fondun strategiyası və mandatı hazırdır, fəaliyyətinin əsas prinsiplərini müəyyən edəcək qanun layihəsi üzərində iş gedir. Holdinqə 6-dan 11-ə qədər subholdinq daxildir: energetika, infrastruktur, müdafiə istiqamətləri. Suveren fond 2023-cü ilin oktyabrında fəaliyyətə başlaya bilər. Əsas məqsəd Ukraynanın dövlət aktivlərinin kapitallaşmasını 200 milyard ABŞ dollarına çatdırmaqdır;
  • dövlət kənd təsərrüfatı torpaqlarından istifadənin “gizli” sxemlərinin məhv edilməsi.  Təxminən 700 min hektardan ibarət dövlət kənd təsərrüfatı torpaqları dövlət Torpaq Bankında toplanır. Gələcəkdə UDƏF bu torpaqları “Prozorro.Продажі” meydançasında açıq hərraclar vasitəsilə icarəyə verəcək. İlk hərracların keçirilməsi 2024-cü ilin fevralında planlaşdırılır. Kənd təsərrüfatına marağın artması və büdcə üçün icarədən əlavə 7 milyard qrivna gəliri gözlənilir;
  • İnvestisiya Daşınmaz Əmlak Fondunun fəaliyyətə başlaması;
  • Made in Ukraine layihəsinin həyata keçirilməsi – investisiyaların cəlb edilməsi və qorunmasını stimullaşdıracaq Ukrayna istehsalçılarının inkişafı üçün platformadır.


“Ukraynada genişmiqyaslı özəlləşdirmənin başlanması və aktivlərin şəffaf əldə edilməsi sxeminin yaradılması Azərbaycan biznesi üçün imkanlar açır. Azərbaycan investorları liman infrastrukturunun, logistika və kənd təsərrüfatı komplekslərinin, müasir sənaye müəssisələrinin inkişafı üzrə uğurlu təcrübə və maraqlı layihə nümunələrinə malikdirlər”, – qeyd edib “ТЕРЕЗИ” UABA-nın prezidenti Cəlal Hüseynov.