Ukrayna 50×50 həcmində layihələrin ortaq maliyyələşdirilməsini nəzərdə tutan “Avropanı Birləşdirən Mexanizm” (CEF) proqramı çərçivəsində 4 layihənin həyata keçirilməsi üçün 53 milyon avro alacaq.
Nəqliyyat infrastrukturunun inkişafı layihələri razılaşdırılıb, o cümlədən:
- Ukraynanın dəmir yolu sisteminin Aİ nəqliyyat sisteminə inteqrasiyası;
- Rumıniya-Moldova-Ukrayna birgə avtomobil yolunda Qalats/Curculeştı/Reni sərhəd keçidindən infrastrukturun ötürücülük qabiliyyətinin artırılması üçün nəqliyyat axınlarının təşkili;
- Dunay çayın Ukrayna hissəsində çay informasiya xidmətinin yaradılması və həyata keçirilməsi, xüsusən də onun EurIS portalına və RIS COMEX layihəsinin CEERIS-ə inteqrasiyası;
- aeronaviqasiya sahəsinin bərpası – rabitə, naviqasiya, müşahidə və aviasiya məlumatı infrastrukturunun modernləşdirilməsi.
Ətraflı məlumat http://surl.li/ylonpp