2023-cü ildə mənzillərin satın alınmasına maraq sabit qalaraq müharibədən əvvəlki tələbin 70-80%-ni təşkil edib. LUN agentliyi təqdim etdiyi hesabata əsasən “єОселя” Dövlət güzəştli ipotekası bazarı stimullaşdırmış, bazarda əhval-ruhiyyəni sabitləşdirdi və potensial investorları həvəsləndirmişdir.
Orta hesabla yaşayış komplekslərinin tikintisi və satışı 80% bərpa olunub. İbtidai bazarda satışa çıxarılan mənzil komplekslərinin sayı birbaşa cəbhədən məsafə ilə bağlıdır. Ən təhlükəsiz qərb və mərkəzi vilayətlərdə açıq satış şöbələri 88-96%, şimal regionlarda və Odessa vilayətində 56-77%, cəbhə bölgələrində isə bu göstərici ən aşağıdır – 20-41%.
Satışa qoyulmuş mənzil komplekslərinin sayına görə Lvov vilayəti liderdir – 235, Kiyev vilayəti və Kiyev şəhəri ikinci yerdə – müvafiq olaraq 224 və 181 mənzil kompleksi, Odessa vilayəti 130 mnzil kompleksi ilə üçüncü yeri tutur.
Bununla belə, mənzillərin istismara verilməsi sürəti 2022-ci ilə nisbətən xeyli azalıb: Kiyev 15%, Kiyev vilayəti 35%, Lvov isə 38% itiriblər. Eyni zamanda, Odesa 6% daha çox istismara təhvil verib, Dnepr isə 34% artım nümayiş etdirib. Bazar ekspertlərinin fikrincə, bu vəziyyət tələbat bərpa olunanda yeni mənsil sahələrinin qıtlığına səbəb olacaq.
Yeni mınzillərin qiymətlərinə gəlincə, onlar tikinti materiallarının bahalaşması, ixtisaslı kadr çatışmazlığı və miqrasiya prosesləri ilə bağlı olaraq artıb. LUN agentliyinin məlumatına görə, ən bahalı mənzillər Kiyevdə – 47 330 qrivna/m2, Zakarpatyedə – 40 100 qrivna/m2, Lvovda – 35 800 qrivna/m2 və Dnepropetrovskda – 39 200 qrivna/m2 təşkil edir. Ən ucuz mənzil şimal bölgələrində – 25 000 qrivna/m2, Xmelnitski, Ternopol və Nikolayev vilayətlərindədir – 24 300-26 900 qrivna/m2. Qiymətlər haqqında ətraflı məlumat http://surl.li/oghps
Satınalma üçün ən çox tələbat hazır və ya bir ilə kimi hazır olacaq mənzildir. Ukraynalılar ilkin mərhələdə tikintiyə investisiyaları kifayət qədər riskli hesab edirlər.