Ukrayna şəhər infrastrukturu və enerji səmərəliliyinin inkişafı üzrə altı əsas layihə üçün Avropa İnvestisiya Bankından (AİB) 83 mln avro kredit maliyyələşməsi əldə edib.
İnvestisiyaların əsas istiqamətləri:
- 22 mln avro — ali təhsilin inkişafı
- 18,4 mln avro — bələdiyyə infrastrukturu
- 13,5 mln avro — dəmir yolunun modernləşdirilməsi
- 24,6 mln avro — şəhər ictimai nəqliyyatı
- 5,15 mln avro — ictimai binaların enerji səmərəliliyi
Vəsaitlər Lvov, Dnipro, Ternopol və Kremençuqda ictimai nəqliyyatın yenilənməsinə, depoların tikintisinə, binaların termo-modernləşdirilməsinə və bələdiyyə infrastrukturunun inkişafına yönəldilir.
Ətraflı – https://surl.li/lowrwj
