Home 9 Без категорії 9 Ukraynadan COP29-a dəstək – Azərbaycanda keçiriləcək COP29 region üçün böyük əhəmiyyət kəsb edir

Ukraynadan COP29-a dəstək - Azərbaycanda keçiriləcək COP29 region üçün böyük əhəmiyyət kəsb edir

Avqust 16, 2024

Bu ilin noyabrında Bakıda keçiriləcək COP29 iqlim konfransı həm Azərbaycan, həm də bütün region üçün böyük əhəmiyyətə malikdir.

Ukrayna Ali Radasının İqtisadi İnkişaf Komitəsinin rəhbəri Dmıtro Nataluxa qeyd etdiyi kimi, bu vacib bir hadisə qəbul edən ölkəni qlobal səviyyəyə çıxarır. “Bu bərpaolunan enerji sahəsində qabaqcıl mövqe – qlobal liderlik üçün bir təklifdir. Azərbaycanda isə bütün bunlar var. Bu, ona iqtisadi və enerji baxımından yeni liderlərdən biri kimi güclənməyə kömək edəcək əlavə potensialdır. Biz də COP29 iqlim konfransına böyük ümid və tərəfdaşlıq perspektivləri prizmasından baxırıq”, – deyə deputat bildirib.

Cənab Nataluxa vurğulamışdır ki,  Kiyevdə bu yaxınlarda Azərbaycan ilə Avropa İttifaqı arasında energetika kabeli ilə bağlı Sazişin imzalanması xəbərini böyük maraqla qarşılayıblar.

“Ukrayna təbii ki, Azərbaycandan elektrik enerjisi və enerji məhsullarının istehlakçılarından birinə çevrilməkdə maraqlıdır.  Aydındır ki, biz yeni mənbələr axtarırıq.  Azərbaycan Ukraynanın çoxdankı tarixi tərəfdaşı və dostudur, eyni zamanda, enerji baxımından da ticarət tərəfdaşı kimi çıxış edə bilər” – hesab edir Dmıtro Nataluxa.

“TƏRƏZİ” UABA şirkətinin prezidenti Cəlal Hüseynov qeyd edib ki, Assosiasiya Ukrayna ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlığın möhkəmləndirilməsi üzərində işləyir. “COP29 Azərbaycanın enerji təhlükəsizliyinin inkişafında etibarlı tərəfdaş olduğunu, ölkə beynəlxalq aləmdə davamlı inkişaf nümayiş etdirir. Enerji layihələrinin inkişafı və təbii ehtiyatların mövcudluğu, bərpa olunan enerji layihələrinin inkişafı sayəsində ölkə Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinə böyük töhfə verir. Ukraynanın qoşula biləcəyi Qara dənizin dibi ilə çəkiləcək enerji kabeli ilə bağlı Azərbaycanla Aİ arasında saziş yalnız Azərbaycan Respublikasının Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni gücləndirir”, – deyə o, vurğulayıb. 


Ətraflı məlumat:
Media: http://surl.li/fypyjq 

Video: http://surl.li/auostr