“Ukrayna Müdafiə Sənayesi” ASC-i ABŞ, Fransa və Polşanın silah istehsalçıları ilə tərəfdaşlıq sənədləri imzalayıb. Sursat, xüsusi kimyəvi maddələr, pilotsuz sistemlər, radioelektron kəşfiyyat və radioelektron müharibə sahəsində əməkdaşlıq planlaşdırılır.
Sazişlər 30-dan çox ölkədən 300-ə yaxın şirkətin nümayəndələrinin iştirak etdiyi ikinci Beynəlxalq Müdafiə Sənayesi Forumu çərçivəsində imzalanıb.
Cari ilin birinci yarısında Ukrayna silah istehsalçıları artilleriya və minaatan üçün bütün 2022-ci illə müqayisədə 25 dəfə çox sursat istehsal ediblər.
Dron istehsalçılarının tutumu 4 milyon ədəddir və artıq 1,5 milyondan çoxu üzrə müqavilə bağlanıb.
Müdafiə planları haqqında ətraflı məlumat http://surl.li/jblqls