30-cu Bakı Enerji Həftəsini Prezident İlham Əliyev açıb. O qeyd edib ki, tədbir enerji siyasətinin bütün əsas seqmentlərini – neft, qaz, kəşfiyyat və hasilat, nəqliyyat, ixrac və bərpa olunan enerji mənbələrini əhatə edir. Bu gün ölkə enerjinin, xüsusilə də “yaşıl” sektorunun fəal inkişafına, iqlim dəyişikliyi problemlərinin həllinə və beynəlxalq tərəfdaşlığın genişləndirilməsinə diqqət yetirir.
Azərbaycan özünü etibarlı tərəfdaş olduğunu təsdiq etdirib və bunun sayəsində enerji sahəsinə xarici və daxili investisiyaların axını xeyli artıb. Hazırda ölkə beynəlxalq tərəfdaşlarla birlikdə həm neft və qaz hasilatı, həm də bərpa olunan enerji obyektlərinin tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirir.
Enerji həftəsi çərçivəsində “Masdar” şirkəti (BƏƏ) tərəfindən tikiləcək üç günəş və külək elektrik stansiyasının təməli qoyulub.
Azərbaycanın bərpa olunan enerji potensialı təkcə günəş və külək enerjisindən 2 GVt-a yaxınlaşır. Bura Qarabağ və Şərqi Zəngəzur rayonlarında yeni su elektrik stansiyalarının gücünü də əlavə etmək olar. Nəticədə Azərbaycan 2027-ci ilin sonuna kimi 2 QVt “yaşıl” enerji istehsal edə biləcək.
Enerji həftəsi çərçivəsində enerjinin inkişafı, investisiyalar və beynəlxalq tərəfdaşlığın aktual məsələlərinin müzakirə olunduğu beynəlxalq konfrans keçirilib.
Ətraflı məlumat http://surl.li/ugoqw