Ötən həftə “TƏRƏZİ” UABA-nın prezidenti Bakıda keçirilən müzakirədə iştirak etmiş və müdafiə və təhlükəsizlik sahəsində yaxşı tanıdığı ekspert, hərbi analitik, Azərbaycanın STEM analitik mərkəzinin aparıcı mütəxəssisi Aqil Rüstəmzadə ilə görüşmüşdür.
Aqil bəy Ukraynada dronların işləyib hazırlanmasında müsbət tendensiyaları görür. Onun dediyinə görə, Ukrayna yaxşı təcrübə qazanıb. Ümumiyyətlə, Ukraynanın gələcəyi hərbi sənayenin inkişafından ayrılmazdır və ölkənin bunun üçün böyük potensialı var.
UABA-nın prezidenti qeyd edir ki, cənab Rüstəmzadənin təcrübəsi Ukrayna auditoriyası üçün dəyərlidir və hərbi vəziyyəti daha yaxşı dərk etməyə kömək edir. “Əminəm ki, bu, bizim son görüşümüz deyil. Çətin anlarda Aqil bəyin dəstəyi biz üçün vacibdir”, – deyə Cəlal Hüseynov vurğulayıb.