Hətta müharibə zamanı ukraynalılar mənzil satın-almasını davam edirlər. Effektiv ipoteka proqramları xüsusilə yeni tikililər bazarına və ümumilikdə iqtisadiyyata güclü kömək edə bilər. Ukraynada subsidiyalaşdırılmış ipoteka proqramlarına start verilib, lakin indiyədək onlar mənzil bazarına çox az təsir göstərir. Biz bunun Azərbaycanda necə işlədiyini misal çəkirik.
Ölkədə kreditləşmə proqramı banklarla əməkdaşlıq edən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu (AİKZF) tərəfindən həyata keçirilir. 2023-cü ildə AİKZF-na Azərbaycanın dövlət büdcəsindən ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 43,9 milyon manat vəsait ayrılıb.
Azərbaycan vətəndaşları mənzil, fərdi ev və bağ evləri almaq üçün iki növ ipoteka kreditindən istifadə edə bilərlər, o cümlədən:
- Kommersiya: manatla kommersiya şərtləri ilə 3 ildən 25 ilədək müddətə verilir; maksimum məbləğ 150000 manat, illik dərəcəsi 8%-ə qədər, ilk ödəniş 15-25%;
- Dövlət (sosial) ipotekası: dövlət büdcəsindən maliyyələşdirilir, maksimum məbləği 100000 manat, illik dərəcəsi maksimim 4%, ödəmə müddəti 30 ilədək, ilk ödəniş 10%. İpoteka kreditinin məbləği mənzilin girov dəyərinin 85%-dən çox olmamalıdır. “Güzəştli mənzil” sistemində elektron hesabı olan vətəndaşlar bu proqram üzrə mənzil almaq hüququna malikdirlər.
Yeni yaşayış komplekslərində təmirli mənzillər, mətbəx mebeli, kombi istilik sistemi, su, qaz, işıq sayğacları ilə təchiz olunmuş mənzillər satılır.
Bu günə kimi 9 mənzil kompleksi (MK) tikilib: Yasamal, Hövsan, Sumqayıt, Lənkəran, Cəbrayıl, Füzuli və Gəncə şəhərində mənzil kompleksləri, onlarda “Güzəştli mənzil” sistemi tətbiq olunduğu mənzillər satılıb. Ətraflı məlumat http://surl.li/ibmvp
Dövlət mənzil kirayəsi proqramı da mövcuddur. AİKZF 01.01.2013 il tarixdən sonra tikilmiş binalarda 3 ildən 25 ilədək müddətə, sonradan satın-almaq şərti ilə kirayə mənzilləri təklif edir. Proqramda iştirak etmək istəyənlər “Elektron Hökumət” portalı vasitəsilə müraciət etməlidirlər.