Bakıdan Ukraynaya bərə daşımalarının bərpası və gəmilərin keçdiyi bütün ölkələr üzrə tranzitlə bağlı danışıqlar yekun mərhələdədir. Bərə daşımaları yaxın vaxtlarda istismara veriləcək.
Limanlar 24/7 rejimdə işləyəcək – bunun üçün lazım olan hər şey mövcuddur. Bərə xidmətlərindən mənfəətin limanların infrastrukturuna və onun dərhal bərpasına yatırılması planlaşdırılır.
Ukrayna Dəniz Limanlarının Administrasiyasının (UDLA) prioritet vəzifəsi yaxın iki ildə liman infrastrukturunu müharibədən əvvəlki səviyyəyə qaytarmaqdır ki, bu da 225-240 milyard ABŞ dolları investisiya vəsaiti tələb edir.
Həmçinin bərə xəttinin fəaliyyəti bazardan – kənd təsərrüfatı bitkilərinin məhsuldarlığından, bütün kənd təsərrüfatının fəaliyyətindən, ixrac-idxal mallarının nomenklaturasından və ümumilikdə iqtisadiyyatın fəaliyyətindən asılı olacaq. Bakıdan bərə xidmətinin bərpası planları haqqında ətraflı məlumathttp://surl.li/ubwse