Home 9 Без категорії 9 UKRAYNA İLƏ AZƏRBAYCAN ARASINDA İLLİK MAL DÖVRİYƏSİ 500 MİLYON ABŞ DOLLARINI AŞACAQ

UKRAYNA İLƏ AZƏRBAYCAN ARASINDA İLLİK MAL DÖVRİYƏSİ 500 MİLYON ABŞ DOLLARINI AŞACAQ

Oktyabr 21, 2024

Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Hennadiy Çıjıkov bildirib ki, Ukrayna cari ilin sonuna kimi Azərbaycanla mal dövriyyəsini 500 milyon AAŞ dollarından çox artırmağı gözləyir. O, qeyd edib ki, iki ölkənin hökumətləri və səfirlikləri ticarət əlaqələrinin inkişafına böyük töhfə verir.

Ölkələr arasında mal dövriyyəsi 8 ayda 315 milyon ABŞ dolları təşkil edib, 2023-cü ilin sonuna 471 milyon ABŞ dolları səviyyəsində olub. Ətraflı statistika  http://surl.li/rowjfh

Ukrayna Azərbaycanla energetika, kənd təsərrüfatı məhsullarının emalı, əczaçılıq, maşınqayırma və informasiya texnologiyaları sahələrində iqtisadi əməkdaşlığın genişləndirilməsinə maraqnümayiş etdirir. 

Ukrayna hökuməti müharibədən sonra ölkənin yenidən qurulmasında və birgə müəssisələrin yaradılmasında Azərbaycan şirkətlərinin iştirakına ümid edir. Əməkdaşlıq haqqında ətraflı http://surl.li/ufjrhb