Ötən il Azərbaycanda turizm xidmətlərindən xarici valyuta axını 1,5 milyard ABŞ dollarına çatıb. Qarşılıqlı turizm üzrə xidmət dövriyyəsi 54,0% artaraq 2,6 milyard ABŞ dolları təşkil edib. Həmin dövrdə xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 25,5%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 30,2% artıb.Qonaqpərvərlik haqqında ətraflı məlumat : http://surl.li/slnqn
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda bütün ulduz kateqoriyalı otellərin gəliri 2,4 dəfə artaraq 500 milyon ABŞ dolları aşıb. Otellər aşağıdakı xidmət növlərindən qazandığı gəlir:
– otaqların satışı – 305 milyon ABŞ dolları;
– iaşə xidmətləri – 140 milyon ABŞ dolları;
– tibbi və istirahət xidmətləri – 18 milyon ABŞ dolları;
– ekskursiya xidmətləri – 174 min ABŞ dolları;
– konfrans xidmətləri – 8,6 milyon ABŞ dolları.
Bu müddət ərzində Azərbaycanda otellərdə yerləşdirmə sayı 15% artaraq 2 milyon nəfərə yaxın çatıb.Paytaxtda 3 ulduz oteldə bir otağın orta qiyməti 44 ABŞ dolları, 4 ulduz oteldə 64 ABŞ dolları, 5 ulduz oteldə isə 204 ABŞ dollar təşkil etmişdir. Eyni zamanda, 5 ulduz otellərdə qiymətlər bir il ərzində 25% artıb.3 ulduz otellərdə qiymətlər 33%, 4 ulduz otellərdə isə 30% ucuzlaşıb. Otel biznesinin daha çox statistikasıhttp://surl.li/skgjm