Asiya İnkişaf Bankı (AİB) Azərbaycanla əməkdaşlığın başlanmasından bəri ümumi dəyəri $5,6 mlrd olan 160 layihəni maliyyələşdirib.
Maliyyələşdirmə özəl sektorun inkişafını, dövlət-özəl tərəfdaşlığını, birgə investisiya layihələrini və regional iqtisadi əməkdaşlığı əhatə edir.
Bankın 2025–2029-cu illər üzrə strategiyasında əsas prioritetlər sırasında özəl biznesin dəstəklənməsi və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi yer alır.
Ətraflı — https://lnk.ua/RLGQF2o4M
