Azərbaycanda dövlət investisiyalarının idarə edilməsi üçün informasiya sistemi yaradılacaq və bununla bağlı xidmətlər həyata keçiriləcək.
Yeni informasiya sisteminin yaradılmasının 2 milyon dollar dəyərində olacağı proqnozlaşdırılır – http://surl.li/xnvebx.
Xatırladaq ki, ölkənin rəqəmsal inkişaf konsepsiyasına əsasən, dövlət və özəl sektorun rəqəmsallaşdırılmasından aşağıdakı nəticələr gözlənilir:
- Dövlət xidmətlərinin rəqəmsal formata keçidi, süni intellektin tətbiqi ilə pilot layihələrin həyata keçirilməsi və dövlət qurumları arasında kağızsız sənəd dövriyyəsinin (G2G, G2B, G2C, G2E) tətbiqi;
- İKT infrastrukturunun inkişafı üçün xərclərin optimallaşdırılması və özəl investisiyaların payının artırılması;
- “Ağıllı şəhər” və “ağıllı kənd” layihələrində rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi və sürətləndirilməsi;
- Ölkənin beynəlxalq rəqəmsal inkişaf reytinqlərində mövqeyinin yaxşılaşdırılması;
- İnnovativ ekosistemin dəstəklənməsi, vençur maliyyələşdirmənin cəlb olunması, elmi və təhsil müəssisələrinin inkişafı, yerli İKT şirkətlərinin və startapların rəqəmsal həllər üzərində işləməsinə dəstək;
- Prioritet sahələrdə biznesin rəqəmsallaşmasının stimullaşdırılması və onların kibertəhlükəsizlik biliklərinin artırılması.
Daha ətraflı rəqəmsallaşmadan gözləntilər haqqında: https://surl.li/ijrewz.