Home 9 Без категорії 9 Azərbaycan KİV-i “TƏRƏZİ” UABA haqqında

Azərbaycan KİV-i “TƏRƏZİ” UABA haqqında

Avqust 23, 2023

İnternet mediası Haqqin.az  “TƏRƏZİ” UABA-nın prezidenti Cəlal Hüseynovun Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın potensialı və perspektivləri haqqında məqaləsi dərc edib.

Ukraynanın Müstəqillik Günü ərəfəsində “TƏRƏZİ” UABA üzvlərini və oxucularımızı Assosiasiya rəhbərinin məqaləsilə tanış edirik.


Ukrayna-Azərbaycan iqtisadi əlaqələri: əməkdaşlığın potensialı və perspektivləri

Cəlal Hüseynov, “TƏRƏZİ” UABA-nın prezidenti

Ukrayna ilə Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlıq hər iki ölkə müstəqillik əldə etdikləri andan hər zaman prioritet mövqe tutub. 1993-cü ildən başayaraq İkitərəfli əlaqələr üzrə hökumətlərarası komissiya fəaliyyət göstərir. Münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinin təkanını və əsasını Ukrayna Prezidenti Leonid Kuçma və Azərbaycanın ümummilli lideri Heydər Əliyev qoymuşlar. Məhz onların rəhbərliyi dövründə iki ölkə arasında dostluq münasibətlərinin inkişafının əsası qoyulmuşdu.

Hazırda iki ölkə arasında münasibətlər Ukrayna Prezidenti Vladimir Zelenski və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında geosiyasi turbulentlik şəraitində inkişaf etməkdədir. İnkişaf strategiyasını inamla həyata keçirən Azərbaycan və Ukrayna bütün beynəlxalq platformalarda bir-birini dəstəkləyir, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq edir.

Rusiya Ukraynanın ərazi bütövlüyü və suverenliyinə qarşı apardığı genişmiqyaslı müharibənin ilk günlərindən Azərbaycan Ukraynanın enerji təhlükəsizliyini dəstəkləmək üçün enerji avadanlıqları da daxil olmaqla 30 milyon ABŞ dollardan çox humanitar yardım göstərib. Bu dəstək ölkələr arasında sabit strateji münasibətlərin olduğunu təsdiqləyir.

Ukrayna-Azərbaycan ticarət dövriyyəsi

İki ölkə arasında ticarət dövriyyəsi Ukrayna-Azərbaycan iqtisadi əlaqələrinin mühüm tərkib hissəsidir. 2013-cü ildə onun miqdarı 1 milyard ABŞ dolları səviyyəsinə çatmışdır. Lakin 2015-ci ildə Rusiya Krımı ilhaq etdiyi və Donbası işğal etdiyindən sonra bu göstərici 300 milyon ABŞ dollara qədər azalmışdır. Lakin hər iki tərəfin səyləri nəticəsində 2021-ci ilə kimi ticarət dövriyyəsinin həcmi 2013-cü ilin səviyyəsinə qayıdaraq 1 milyard ABŞ dollardan çox artıb.

Rusiyanın Ukraynaya qarşı başladığı müharibə yaratdığı çətinliklərə və maddi-texniki gərginliklərə baxmayaraq, 2022-ci ildə ticarət dövriyyəsi cəmi 600 milyon ABŞ dollarına kimi azalmışdır (müxtəlif ekspertlərin hesablamalarına görə. İndi məlumatlar dəqiqləşdirilir – əminəm ki, Ukrayna-Azərbaycan iqtisadi əlaqələri ilə bağlı növbəti materiallarımızda bu mövzuya qayıdacağıq), bu da ölkələr arasında münasibətlərin sabitliyi və möhkəmliyindən xəbər verir. Ukrayna istehsalçıları çətinliklərə baxmayaraq, həm Azərbaycan, həm də digər ölkələrlə öz ixrac müqavilələrini uğurla yerinə yetirməkdədir.

Ukrayna Azərbaycana ixrac etdiyi əsas məhsullara kənd təsərrüfatı məhsulları, polad, kimya məhsulları, ağac emalı, kağız və sənaye avadanlıqları daxildir. Digər tərəfdən, Azərbaycan Ukraynaya meyvə-tərəvəz məhsulları, gübrə və neft ixrac edir. Ukraynada neft emalı zavodları aldığı xammalın 85%-i Azərbaycan nefti təşkil edir, bu da hər iki ölkənin enerji təhlükəsizliyi sahəsində sabitliyin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan tərəfindən isə Ukraynanın kənd təsərrüfatı sektoruna marağı da strateji əməkdaşlığın perspektivlərini təsdiqləyir. 2019-cu ildə Verxovna Rada “Torpaq bazarı haqqında” Qanun qəbul edərək kənd təsərrüfatı torpaqlarının alqı-satqısı bazarını açmışdır. 2021-ci ildə Ukraynanın aqrar siyasət və ərzaq naziri Roman Leşçenko və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ukraynanın Aqrar Siyasət və Ərzaq Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar. Sənəd kənd təsərrüfatı bitkilərinin becərilməsi və ərzaq təhlükəsizliyi, torpaq münasibətləri sahəsində qarşılıqlı hüquqi yardım, kənd təsərrüfatı torpaqlarından səmərəli istifadəsi, kənd təsərrüfatı xammalının emalı layihələrinə investisiya qoyuluşu, gübrə ticarəti və s. sahələrdə əməkdaşlığın inkişafına kömək edir.

İnvestisiyalar

Ukrayna ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafının mühüm istiqaməti birbaşa investisiyalardır. Ukrayna Dövlət Statistika Xidmətinin məlumatına görə, Azərbaycandan ölkəyə birbaşa investisiyaların həcmi sabit dinamika nümayiş etdirir. Bu göstərici 2018-ci ildə 154,1 milyon ABŞ dolları, 2019-cu ildə 194,1 milyon ABŞ dolları, 2020-ci ildə 169,6 milyon ABŞ dolları olub. 2021-ci ilin 3-cü rübündə investisiyaların həcmi 179 milyon ABŞ dolları təşkil edərək, ondan 81,7 ABŞ dolları topdan və pərakəndə ticarətə qoyulub.

Bu rəqəmlər Ukrayna ilə Azərbaycan arasında etimad və potensialın yüksək səviyyədə olduğunu təsdiqləyir. Hər iki dövlət yalnız mal ticarəti sahəsində fəal qarşılıqlı fəaliyyət deyil, həm də tikinti və infrastrukturun inkişafı kimi müxtəlif layihələrə investisiya qoyuluşu üçün yeni imkanları da açır.

İqtisadi artım potensialı beynəlxalq şirkətlər tərəfindən perspektivli kimi qiymətləndirilir. Məsələn, Ukrayna İnkişaf Fondu (UDF) tərəfindən təmsil olunan məşhur BlackRock investisiya şirkəti artıq Ukrayna hökuməti ilə əməkdaşlıq edir, müharibədən sonra işləyəcək və 50 milyard ABÇ dollarlıq potensial investisiya bazarını əhatə edəcək. Bundan əvvəl avstraliyalı milyarder Endryu Forest 100 milyard ABŞ dollarlıq şəxsi kapital toplamaq niyyətində olduğunu açıqlamışdı. Bundan başqa, BlackRock Ukrayna dövlət istiqrazlarında payını artırıb və onların qiyməti yayın əvvəlindən 50% artıb. Bütün bunlar Ukraynanın investisiya perspektivlərinin müsbət qavranılma nümunələrinin tam sihahısı deyil.

Bu gün Ukrayna dövləti investisiya təşviqinin qanunvericilik aspekti üzərində işi davam etdirir.

Bu yaxınlarda Verxovna Rada “İnvestisiya qanunu” kimi tanınan “Ukraynada əhəmiyyətli investisiyalar olan investisiya layihələrinə dövlət dəstəyi haqqında” Qanuna dəyişiklik edib. Daha ətraflı növbəti məqalədə.

İnfrastruktur layihələri

İnfrastruktur layihələri sahəsində Ukrayna öz tərəfdaşları, o cümlədən Azərbaycandan maliyyə və humanitar yardımları fəal şəkildə cəlb edir. Böyük təcrübəyə malik Azərbaycanın tikinti şirkətləri Ukraynanın dağılmış infrastrukturunun bərpasında iştirak etmək üçün bütün imkanlara malikdir.

Azərbaycan və Ukrayna nəqliyyat infrastrukturunun inkişafı üçün qarşılıqlı olaraq əhəmiyyətli resurslardan istifadə edirlər. Son 20 ildə Azərbaycanda avtomobil və dəmir yolları tikilib və əsaslı təmir olunub. 2025-ci ilədək istifadəyə verilməsi planlaşdırılan Laçında tikilən ölkədə doqquzuncu beynəlxalq hava limanının istismara verilməsi yüksək templə davam edir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının iş qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona çatdırılması istiqamətində işlər də davam etdirilir.

Bütün bu tədbirlər yük daşımaların həcminin artırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi baxımından Azərbaycanın tranzit potensialını xeyli artırır.

Ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq nəqliyyat sektorunu gücləndirə və inkişaf etdirə, mal mübadiləsini təşviq edə və hər iki xalqımızın iqtisadi artımını dəstəkləyə bilər. Azərbaycan artıq 2023-cü ilin birinci yarısı üçün yeni və yenilənmiş logistika infrastrukturu obyektləri hesabına yükdaşımaları 10% artırıb. İnfrastrukturun yaradılmasında böyük təcrübə qazanmış Azərbaycanın tikinti şirkətlərinin Ukraynanın dağılmış infrastrukturunun bərpasında iştirak etmək üçün hər cür imkan var. Bu günkü vəziyyətə görə dağıntıdan dəymiş ziyan təxminən 400 milyard ABŞ dolları həcmində qiymətləndirilir.

Bundan əlavə, Ukrayna, ölkənin bərpası üçün Rusiya əmlakının axtarıb müsadirə edilməsi üzərində fəal işləyir ki, bu da bütün dünyadan, o cümlədən Azərbaycandan şirkətləri sürətləndirəcək və cəlb edəcək.

Ukraynada xüsusi maraq doğuran perspektivli layihələr, o cümlədən Ukraynanın Bərpa və İnfrastrukturun İnkişafı üzrə Dövlət Agentliyinin təqdim etdiyi avtomobil yolları, tunellər və dəmir yollarının tikintisidir. Ukrayna Avropa İttifaqı ölkələrinə yük axını üçün əsas nəqliyyat arteriyasıdır. Asiya ilə Avropanı birləşdirən, Azərbaycandan keçən Transxəzər Dəhlizinin inteqrasiyası, digər məsələlərlə yanaşı, Ukraynanı tranzit baxımından xüsusi əhəmiyyətə malik edir. Ukraynanın yaxın gələcəkdə Avropa İttifaqına qoşulması və logistika infrastrukturunun açılması və yenilənməsi tranzit potensialını gücləndirəcək, yüklərin daşınmasına şərait yaradacaq ki, bu da ölkələr arasında infrastruktur sahəsində əməkdaşlıq üçün daha yaxın imkanları açır. Ukrayna Aİ ilə Şərq arasında sərhədə çevriləcək və bu, əməkdaşlıq və iqtisadi artım üçün əlavə imkanlar cəlb edəcək.

Ukrayna-Azərbaycan iqtisadi əlaqələri çətinlik və çağırışlara qalib gələrək möhkəmlənməkdə davam edir. Hər iki ölkə müxtəlif sahələrdə sıx əməkdaşlığı inkişaf etdirmək arzusunu nümayiş etdirir və bu, hazırki əlaqələrin gələcəyinə nikbin baxmağa əsas verir. İnvestisiyalar, ticarət və infrastrukturun inkişafı hər iki ölkənin firavanlığı və arasındakı tərəfdaşlığının möhkəmlənməsinə töhfə verən əsas sahələrdir. 44 günlük müharibədə qələbədən sonra Qarabağın yenidən qurulması və reinteqrasiyasında Azərbaycanın təcrübəsi Ukraynanın qələbəsindən sonra təcrübə mübadiləsində qarşılıqlı əməkdaşlığı daha da yaxınlaşdıra bilər. Eyni zamanda, çağırışlara baxmayaraq, Ukrayna və Azərbaycan əməkdaşlıq potensialını fəal şəkildə inkişaf etdirməkdə davam edir və hər iki xalq üçün yeni imkanları açır.

Bu gün Azərbaycan biznesi üçün Ukraynanın potensialını öyrənmək vaxtıdır. Əminəm ki, yaxın gələcəkdə Ukraynanın ərazi bütövlüyü və suverenliyi bərpa olunacaq.