2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları (İKT) sektoruna yatırılan investisiyalar $222 mln təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57% çoxdur.
Doqquz ay ərzində sektor üzrə məhsul və xidmətlərin həcmi 11% artaraq $1,2 mlrd-a çatıb.
Hazırda İKT sektorunun Azərbaycanın ÜDM-də payı 2%, ölkə iqtisadiyyatına yönəldilən ümumi kapital qoyuluşlarında payı isə 2,6% təşkil edir.
İnvestisiyaların artması rəqəmsal texnologiyaların ölkə iqtisadiyyatındakı rolunun gücləndiyini göstərir və sektorun gələcək inkişafı üçün imkanlar yaradır.
Ətraflı:
https://surli.cc/vhgbqf
https://surl.li/yvsspm
