2024-cü ildə Azərbaycanda daşınmaz əmlak bazarında mənzil qiymətləri təxminən 10% artıb. İlkin mənzil bazarında qiymət artımı 11%-i ötüb, ikinci mənzil bazarında isə demək olar ki, 10%-ə çatıb.
2024-cü ilin IV rübündə daşınmaz əmlak bazarında qiymət indeksi əvvəlki rüblə müqayisədə 3%-dən çox artıb. Bu artım ilkin mənzil bazarında təxminən 3%, ikinci mənzil bazarında isə 3%-dən çox təşkil edib.
Mənzil qiymətlərinin artımı sektorun dinamik inkişafı və tələbatın artması ilə əlaqədardır.
Ətraflı məlumat üçün: http://surl.li/rtgwci