Azərbaycanda “İnvestisiyaların təşviqi sənədinin verilməsi Qaydası” yenilənib. Sənaye məhəllələrində strateji investisiya layihələri üçün minimum həcm artıq 590 milyon ABŞ dolları təşkil edir.
Prezident tərəfindən müəyyən edilmiş istiqamətlər üzrə strateji layihələri həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar 6 il müddətinə (1 yanvar 2023-cü ildən) İnvestisiyaların Təşviqi Sənədi (İTS) əldə edirlər.
Yenilik investorlar üçün əlavə zəmanətlər yaradır, bazara çıxışı asanlaşdırır və iqtisadiyyatın strateji sahələrinin inkişafını stimullaşdırır.
Ətraflı məlumat – https://surl.li/rcbejq
