Azərbaycanın sənaye zonalarına yatırılan investisiyaların həcmi $4 mlrd-ı ötüb. Hazırda ölkədə 9 sənaye parkı, 3 sənaye məhəlləsi və 2 özəl sənaye məhəlləsi fəaliyyət göstərir.
Rezident müəssisələr $12 mlrd-dan çox məhsul istehsal edib və satıb, bunun təxminən $4 mlrd-ı ixracın payına düşüb.
Sənaye parklarında 184 rezident qeydiyyatdan keçib, onlardan 101-i artıq fəaliyyət göstərir. Eyni zamanda, sənaye infrastrukturunun genişləndirilməsi davam edir — 310 hektar ərazidə Naxçıvan Sənaye Parkının yaradılmasına başlanılır.
Sənaye zonalarının inkişafı istehsalın və ixracın genişləndirilməsi, eləcə də iqtisadiyyata yeni investisiyaların cəlb edilməsi üçün əlavə imkanlar yaradır.
Ətraflı — https://surl.li/pobgpx, https://surl.li/mewsnz
