Sənaye investorları brownfield (keçmiş sənaye zonalarının ərazisi) sahə layihələrini axtarır və Ukraynanın sənaye obyektlərinə investisiya qoymağa hazırdırlar. Müharibə sənaye biznesini ölkənin daha təhlükəsiz qərb bölgələrinə köçməyə və orada sənaye sahələri və obyektlər axtarmağa məcbur etdi. Bu, regionda sənaye daşınmaz əmlakının inkişafı və yeni sənaye parkların yaradılması üçün bir stimula cevrildi. Əmlak bazarı ekspertlərin fikrincə bu tendensiya yaxın 3-5 ildə də davam edəcək http://surl.li/hsgyj
2022-ci ildə 800-dən çox müəssisə lokasiyanı dəyişib, onlardan 623-ü artıq yeni yerdə işini bərpa edib. Müəssisələr əsasən 6 vilayətə köçürülüb:
- Lviv 24%;
- Zakarpattya 14,5%;
- Çernivtsi 9,8%;
- İvano-Frankivsk 8,3%;
- Xmelnitsk 7,3%;
- Ternopil 6,3%.
“Beynəlxalq investorlar da bu regionda sənaye sahələri və obyektlərin alınması məsələsinə baxırlar. Xüsusilə Ukraynada sənaye istehsalını inkişaf etdirməyi, Aİ və digər ölkələrə məhsul ixrac etməyi planlaşdıran şirkətlər bu məsələyə maraq nümayiş etdirir”, – bildirdi TƏRƏZİ UABA-nın prezidenti Cəlal Hüseynov .