Home 9 Без категорії 9 TƏRƏZİ UABA-a yeni iştirakçı – Azərbaycandan olan “Art-Proje” tikinti şirkəti qoşuldu

TƏRƏZİ UABA-a yeni iştirakçı – Azərbaycandan olan “Art-Proje” tikinti şirkəti qoşuldu

“Biz tikinti sahəsində Azərbaycan və Ukrayna biznesi arasında əməkdaşlığı fəal şəkildə inkişaf etdiririk. Yeni üzvü qəbul etməkdən çox şadıq: “Art-Proje”-nin peşəkarlıq və innovasiyalı, yüksək keyfiyyətli tikinti prinsiplərinə sadiqliyi hər iki ölkənin tikinti sektoru arasında əməkdaşlığına və təcrübə mübadiləsinə töhfə verəcək”, – qeyd edib TƏRƏZİ UABA-nın prezidenti Cəlal Hüseynov.

“Ukraynanın tikinti sahəsinin potensialı çox böyükdür, çünki 62 milyon ABŞ dollardan çox müxtəlif format və təyinatlı daşınmaz əmlakı bərpa etməyə ehtiyac yaranıb. Bu məsələdə, eləcə də iqtisadi, humanitar, müdafiə sahələrində Ukraynanın çoxlu dost ölkələri və işgüzar dostları vardır. Şirkətimiz hələ 2020-ci ildə Ukraynada öz filialını açıb və burada ukraynalılarla birlikdə işləyərək qalır. Mən öz təcrübəmi TƏRƏZİ UABA-nın iştirakçıları ilə məmnuniyyətlə bölüşərəm. “Biz ukraynalı həmkarlarımızla tərəfdaşlığı yüksək qiymətləndiririk və Ukraynanın tikinti sektorunun nümayəndələri ilə əməkdaşlıqda böyük potensial görürük”, bildirdi TƏRƏZİ UABA-nın iştirakçı sertifikatını alarkən “Art-Proje” şirkətinin Ukraynadakı nümayəndəliyinin rəhbəri Anar İsmayılov.

“Art-Proje” Azərbaycanda uğurla fəaliyyət göstərən tikinti şirkətidir, mənzil və kommersiya obyektlərinin tikintisi çərçivəsində kompleks işləri yerinə yetirir.

10 ildən artıq təcrübəyə malik, ən yaxşı texnologiyaları və idarəetmə standartlarından istifadə etməklə şirkət özünü tikinti seqmentində yüksək ixtisaslı oyunçu kimi təsdiq etmişdir. 2020-ci ildə şirkətin rəhbərliyi şirkətin genişləndirilməsi ilə bağlı birgə qərar qəbul etmişdir. Növbəliklə Ukrayna, Özbəkistan, Moldova, Belarus, Gürcüstan və Qazaxıstanda “Art-Proje”-nin Nümayəndəlikləri açılmışdır.

Şirkətin əsas fəaliyyət istiqamətləri:

  • Dizayn
  • Tikinti
  • Rekonstruksiya
  • Əsaslı təmir

“Art-Proje” şirkətinin Ukraynadakı nümayəndəliyi şirkətə xas keyfiyyət və səmərəliliklə həm tikinti işlərinin tam dövrü (layihə-smeta sənədlərinin tərtibindən tutmuş hazır obyektin təhvil verilməsinə qədər), həm də tikintinin ayrı-ayrı mərhələləri (termal modernizasiya, fərdi istilik nöqtəqələrinin (FİN) quraşdırılması), fasad işləri, enerjiyə qənaət lampalarının quraşdırılması, istilik sistemlərinin dəyişdirilməsi/yenilənməsi (istilik və isti su təchizatı sistemlərinin izolyasiyası, balanslaşdırıcı klapanların quraşdırılması) və s. ilə məşğul olur.