Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TMTM) regionun əsas logistika dəhlizlərindən biri kimi inkişafını davam etdirir.
Son 7 ildə marşrut üzrə yükdaşımaların həcmi 0,8 mln tondan 4,5 mln tona yüksəlib. 2025-ci ildə təxminən 77 min TEU daşınıb, 2029-cu il üçün isə hədəf 300 min TEU müəyyən edilib.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da rekord nəticə göstərərək bütün marşrutlar üzrə ilk dəfə illik 107 min TEU göstəricisinə çatıb.
Limanın Azərbaycan Dəmir Yollarının (ADY) strukturuna inteqrasiyasından sonra yük emalı müddətinin azalması və marşrutların optimallaşdırılması hesabına əməliyyat potensialı 150 min TEU-a yüksəlib.
Ətraflı – https://surl.li/binuhc
