Home 9 Без категорії 9 UKRAYNA SEMENT BAZARININ POTANSİYALI – İLDƏ 2–5 MİLYARD DOLLARDIR

UKRAYNA SEMENT BAZARININ POTANSİYALI - İLDƏ 2–5 MİLYARD DOLLARDIR

Sentyabr 13, 2023

İlkin hesablamalara görə, Ukrayna yenidənqurma üçün tikinti materiallarına 63 milyard ABŞ dollardan çox pul xərcləməli olacaq. Bərpada sementin payı ümumi dəyərin 3%-ni təşkil edir. Sementin digər tikinti materiallarının istehsalı üçün istifadə edildiyini nəzərə alsaq, onun faktiki payı 8-10%-ə çata bilər. Pul baxımından bu, ildə 2-5 milyard ABŞ dollarlıq bazar həcmidir. Analitiklərin fikrincə, sementə gözlənilən tələbat ildə təqribən 15-16 milyon ton təşkil edəcək ki, bu da yerli şirkətlərin 2022-ci ildə istehsal etdiyindən üç dəfə çoxdur. Ötən il sement istehsalının həcmi 5,4 milyon ton olub.

Ukrayna sement bazarının potensialı İrlandiyanın CRH şirkəti tərəfindən də qiymətləndirilib. O, sərmayə qoyaraq İtaliyanın Buzzi şirkətinə məxsus (Ukrayna bazarından çıxır) “Volın-sement” və “Pivdensement” zavodlarını € 100 milyon invedtisiya qoyaraq almağı planlaşdırır. Bu, konsernə Ukrayna sement bazarının yarısına nəzarət etməyə imkan verəcək. 

CRH Ukraynada üç fabrikə malikdir: Kamianets-Podilski, Odessa və Nikolayevdə. CRH-nin Ukrayna bazarındakı payı təxminən 32% təşkil edir. Müəssisələr Cemark brendi altında fəaliyyət göstərir. Ukraynanın Antiinhisar Komitəsi konsentrasiyanı təsdiqləsə, CRH-nin payı 46%-ə yüksələcək. İrlandiya şirkətinin rəqibləri “Krıviy Riq Sement” (bazar payı – 10%-dən az) və “İvano-Frankivsk Sement” (44%) şirkətləridir. 

Sement zavodlarının alınması həm də onunla bağlıdır ki, beton və dəmir-beton məmulatlarının istehsalı CRH-nin Ukraynadakı biznesinin başqa bir istiqamətidir. Xüsusilə, Bila Serkvadakı PoliBeton Energo qrupunun zavodu elektrik ötürücü xətlər üçün dayaqlar istehsal edir. İyul ayında Cemark 37 milyon ABŞ dollardan çox sərmayə qoyduğu Kiyev vilayətinin Vişnnyovı şəhərində yeni sement terminalının əsas tikinti mərhələsini başa çatdırıb. Yeni kompleksdə şirkət ildə 450 min ton sement istehsal etməyi planlaşdırır. 

Yenidənqurma və yeni tikinti işlərinin miqyasını nəzərə alsaq, tikinti materiallarının, xüsusən də sement istehsalı investisiya cəlbedici biznesdir. Yeri gəlmişkən, 2021-ci ilin payızında Azərbaycanın NEQSOL Holding şirkəti “İvano-Frankivsk Sement” şirkətinin səhmlərini almağı planlaşdırırdı , lakin müharibə səbəbindən saziş hələ də bağlanmayıb. Hazırda zavodun sahibi satmaq fikrində deyil. Ətraflı məlumat http://surl.li/kvvez