Home 9 Без категорії 9 UKRAYNADA 5 YENİ SƏNAYE PARKI YARADILACAQ

UKRAYNADA 5 YENİ SƏNAYE PARKI YARADILACAQ

2024-cü ilin əvvəlindən 5 sənaye parkı dövlət qeydiyyatdan keçib. Lvov vilayətində 63 hektardan çox ərazisi olan “Çervonohrad” SP-ı yaradılacaq. Layihənin həyata keçirilməsi üçün artıq 10 milyon qrivna donor vəsaiti alınıb və yaxın üç ildə investisiyalar 1,5 milyard qrivnanı aşacaq. Parkın ərazisində ağac emalı, qida məhsulları istehsalı, mebel, kağız və kağız məmulatları, avtonəqliyyat vasitələri, elmi-texniki laboratoriyalar yaradılacaq. Keçmiş mədən sahəsinin abadlaşdırılması da nəzərdə tutulub. İnvestisiya planları haqqında ətraflı məlumat http://surl.li/sgoas

Vinnitsa və İvano-Frankivsk vilayətlərində sənaye parkları yaranacaq. 2027-ci ilə kimi olan dövr üçün bu iki SP-na cəmi investisiyalar 1,5 milyard qrivna səviyyəsində planlaşdırılır. “Dnestr” SP-ə (sahəsi 17,2 hektar) kağız və kağız məmulatlarının istehsalı, bitkiçilik məhsullarının emalında və s. ixtisaslaşacaq. “Halisiya” İP-nın ərazisində (sahəsi 19,8 hektar) emal sənayesi və tikinti materialları, maşın və avadanlıqların istehsalı, sənaye və məişət tullantılarının emalı müəssisələri, elmi-texniki müəssisələr işləyəcək. 

“Universal Industry” SP-ı (sahəsi 13,3 hektar) Kiyev vilayətinin Rokitne kəndində yaradılacaq. İnvestisiyaları tikinti metal konstruksiyalarının və hazır metal məmulatlarının, maşın və avadanlıqların, eləcə də qida məhsullarının istehsalına cəlb edilməsi nəzərdə tutulur. İnvestorlarla 735 milyon qrivna məbləğində maliyyələşdirmə  qabaqcadan razılaşdırılıb.

Həmçinin, Poltava vilayətinin Lubno rayonundakı “Smart Tech Industry” SP-ı (sahəsi 13 hektar) Reyestrə daxil edilmişdir. İnvestorlar un və heyvan yemi istehsalı üçün qarğıdalı taxılının emalına investisiya qoyacaqlar.

Ətraflı məlumat http://surl.li/sgolv