Haqqımızda
“ТЕРЕЗИ” Ukrayna-Azərbaycan Biznes Assosiasiyası Ukrayna və Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin biznes sahiblərini və menecerlərini birləşdirir.
İştirakçılarımız və partnyorlarımız aparıcı Ukrayna və Azərbaycan şirkətləri, beynəlxalq biznes fəaliyyəti sahəsində fəal oyunçulardır. İxrac imkanlarını və beynəlxalq biznes partnyorluğu inkişaf etdirməkdə maraqlı olan sahibkarlar.
“ТЕРЕЗИ” UABA-nın əsas məqsədləri səmərəli biznes əlaqələri qurmaq, biznes partnyorlarınıın inkişafı üçün sabit mühit yaratmaq, iştirakçıların və onların təşkilatlarının maraqlarını qorumaqdan ibarətdir
Niyə “ТЕРЕЗИ” UABA-nın üzvü olmalısınız?
Məqsədimiz
Ukrayna və Azərbaycan arasında iqtisadi və işgüzar əməkdaşlığın inkişafına yardım göstərmək, ixrac-idxal əlaqələrini, biznes partnyorluğunu inkişaf etdirmək.
Müxtəlif sahələrə diqqət yetiririk
Assosiasiyanın üzvləri iqtisadiyyatın müxtəlif sahələrindən olan Ukrayna və Azərbaycan şirkətləridir. “ТЕРЕЗИ” UABA həm böyük, həm də kiçik bizneslə əməkdaşlıq edir ki, bu da iştirakçıların imkanlarını xeyli genişləndirir.
Yerli xüsusiyyətləri bilirik
Biz, Assosiasiya üzvlərinin əməkdaşlığını səmərəli təşkil etmək üçün hər iki ölkənin yerli biznes və mədəni xüsusiyyətlərini diqqətlə nəzərə alırıq.
Üzv olmaq
İştirakçılarımız və partnyorlarımız aparıcı Ukrayna və Azərbaycan şirkət və assosiasiyalar, ixrac imkanlarının inkişafında maraqlı olan beynəlxalq biznes fəaliyyəti sahəsində fəal oyunçulardır.
Assosiasiyaya üzvü yalnız Ukrayna və Azərbaycan şirkətləri ola bilərlər.
Əməkdaşlıq təklif edirik
- Təcrübəli ixracatçılara – ixrac şirkətin kommersiya fəaliyyətinin mühüm bir hissəsidir.
- Fəaliyyətə başlayan ixracatçılara – beynəlxalq bazarlara çıxmaq imkanlarını nəzərdən keçirən şirkətlər.
- İxrac üzrə ekspertlərə – beynəlxalq ticarətin inkişafına təkan verən assosiasiya, ittifaq və özəl məsləhətçilər.
Əməkdaşlıq prinsiplərimiz
Sadiq olduğumuz əsas tərəfdaşlıq prinsipləri: etimad, açıq-aydın məqsədlər və qarşılıqlı faydalı səylərin sinerjisi.
Assosiasiyanın fəaliyyəti təsisçilərin unikal təcrübəsi, ekspert reputasiyası və eksklüziv partnyorların ən yaxşı nailiyyətlərinə əsaslanır. İştirakçılarımızın və ya partnyorlarımızın hər biri üçün güzəştli şərtlərlə fərdi təklifləri tərtib edirik.
“ТЕРЕЗИ” Ukrayna-Azərbaycan Biznes Assosiasiyanın üzvü necə olmaq olar?
Saytda anketi doldurun
2 Ərizənizin qəbulu haqqında təsdiqi alın və üzvlük haqqını ödəyin
Assosiasiyanın bütün tədbirləri və qapalı iclaslarında iştirak edin
Qoşulmaq istəyirsən ?
Formanı doldurun və artıq ind üzv olun!
Komitələrimiz
Aqrar-sənaye kompleksi, FMCG və ərzaq istehsalı/təchizatı komitəsi
Komitənin fəaliyyətinin əsas məqsədi: kənd təsərrüfatı məhsulları bazarının ədalətli və şəffaf tənzimlənməsi, FMCG, idxal-ixrac işlərinin inkişafı və təkmilləşdirilməsinə yardım; Əlverişli biznes mühitinin yaradılması məqsədilə sənayeyə aid məsələlər üzrə Ukraynanın qanunverici orqanları ilə əməkdaşlıq.
Komitənin fəaliyyəti istiqamətləri:
- kimya və kosmetika istehsalı sahəsində, qablaşdırılmış məhsulların markalanması sahəsində tənzimləmə və qanunvericiliyin inkişafına və təkmilləşdirilməsinə kömək etmək üçün Ukraynanın dövlət strukturları ilə əməkdaşlıq: istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericilik, məhsulların markalanması hissəsində, əhalinin sanitar-epidemioloji rifahının təmin edilməsi sahəsində dil qanunvericiliyi;
- təşəbbüslərin hazırlanması və dövlət strukturları ilə əlaqə;
- Azərbaycan və Ukrayna bazarlarında işgüzar əlaqələr yaratmaq və inkişaf etdirmək üçün iştirakçılar üçün kommunikasiya və informasiya tədbirləri.
Tikinti və daşınmaz əmlaka investisiya layihələri komitəsi
Komitənin fəaliyyətinin əsas məqsədi: Assosiasiya üzvlərinin tikinti və daşınmaz əmlak sahəsində təcrübə, keys, daşınmaz əmlaka investisiyalar mübadiləsi üçün səmərəli platforma yaradılması. “ТЕРЕЗИ” UABA iştirakçılarının maraqlarını müdafiə etmək və layihələrin həyata keçirilməsində dəstək göstərilməsi.
Komitənin fəaliyyəti istiqamətləri:
- qanunvericilik fəaliyyəti: tikinti və investisiya sahəsində qanunların təhlili, iştirakçıların fəaliyyətinə dair tövsiyələr, UABA Komitəsinin nümayəndələrinin Ukrayna Ali Radanın profil komitəsində iştirakı;
- Komitənin üzvləri üçün hüquq, qanunvericilik və s. suallar üzrə məsləhət və məlumat xarakterli tədbirlər;
- kommunikasiya, analitik, informasiya dəstəyi.
İnvestisiyalar, bank işi və maliyyə xidmətləri komitəsi
Komitənin fəaliyyətinin əsas məqsədi: iştirakçıların maraqlarının Ukrayna hökuməti qarşısında təmsil olunması,
iş problemlərinin həlli üçün təkliflərin verilməsi, habelə Azərbaycan iqtisadiyyatının nümayəndələrini Ukraynanın maliyyə sahəsində mövcud vəziyyət barədə məlumatlandırmaq məqsədi ilə müvafiq tədbirlərin keçirilməsi və media vasitələrilə məlumatların yayılması.
Komitənin fəaliyyəti istiqamətləri:
- Ukrayna hökuməti ilə əməkdaşlıq daxil olmaqla iştirakçıların maraqlarının müdafiəsi;
- Komitənin üzvləri üçün iqtisadiyyatın maliyyə, bank işi və investisiya sektorları üzrə tədbirlər;
- işgüzar əlaqələr qurmaq məqsədilə Ukrayna və Azərbaycan maliyyəçil və investorları arasında kommunikasiyanın təşkili.
Energetika üzrə komitə
Komitənin fəaliyyətinin əsas məqsədi: Ukrayna və Azərbaycanın biznes sektoru arasında yanacaq-energetika kompleksi, neft emalı sənayesi, elektrik enerjisi sənayesi və “yaşıl” energetika sahələrində əməkdaşlığı dəstəkləmək və inkişaf etdirmək. Biznes və dövlət sektoru arasında əməkdaşlığın qurulması və dərinləşdirilməsi.
Komitənin fəaliyyəti istiqamətləri:
- Ukraynada qanunvericilik fəaliyyətlərində iştirak: energetika sektoru üzrə qanunların təhlili, Assosiasiya üzvlərinin fəaliyyəti ilə bağlı tövsiyələr, Ukraynada energetika sektorunda investisiya və əməliyyat mühitinin yaxşılaşdırılması üçün hökumətin qanunvericilik orqanının nümayəndələri ilə əlaqə;
- Energetika üzrə komitənin üzvləri üçün məsləhət və məlumatların verilməsi;
- məsləhət və məlumat dəstəyi.
Xəbərlər
Ukrayna-Azərbaycan Biznes Assosiasiyasının xəbərləri
Ukraynalı sahibkar Vasil Xmelnitskinin holdinqi LvivTech.City tərəfindən satılıb
COP29 Baki konfransında iştirak etmək Ukrayna üçün mühüm bir hadisə oldu.
AZƏRBAYCAN DİLİNDƏ GENERATİV Sİ ÖLKƏ İQTİSADİYYATINA 4,4 MİLYARD ABŞ DOLLARI GƏTİRƏCƏK
Əlaqə
Заповніть форму і ми з вами зв'яжемося.
Ünvan
Əlaqə
+380 93 501 7381
info@terezi.org